10 ml şərbətin tərkibində vardır:
Fish oil (balıq yağı) (Total omega 3 oil fats-941 mg, EPA – 822 mg, DHA – 587 mg) – 2350 mg
Xüsusiyyətləri: MaxOme şərbət – rahat istifadə edilən bioloji aktiv preparatı olub, tərkibində olan balıq yağı soyuq sularda yaşayan balıqların gövdəsindən alınır. MAXOME tərkibindəki saf balıq yağı əsasında orqanizmi doymamış yağ turşuları olan Omeqa, eykozapentaen və dokozaheksaen ilə təmin edir. Bu maddələr hüceyrə membranlarının struktur kompo-nentləri olub, orqanizmdə mühüm rol oynayırlar. Omeqa 3, DHT və EPT insan orqanizmində sintez olunmurlar və biz onları yalnız qida vasitəsilə qəbul edirik. Bu yağ turşuları sinir keçiriciliyində, neyronların mielin qişasının sintezində, immunitetin artmasında, qan-damar sisteminin inkişafında, beyinin koqnitiv funskiyalarının yaxşı-laşmasında, uşaqlara görmə itiliyi və rəngli görmə funksiyalarının təkmilləşməsində əvəzolunmaz rol oynayır.
Xəbərdarlıq: Tövsiyə olunan gündəlik dozanı aşmayın
Dərman vasitəsi deyildir, bioloji fəallığa malik qida əlavəsidir. Normal qidalanmanı əvəz eləmir
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə olunmur
4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur
Uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır
Hamiləlik və laktasiya dövründə və xəstəliklər və dərman istifadəsi zamanı həkiminizlə məsləhətləşin.
Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı həssaslıq.
Əlavə təsirlər: Allergik reaksiyalar
İstifadə qaydası və dozası: Tövsiyə edilən sutkalıq doza yaşdan aslı olaraq 2,5-5 ml təşkil edir. 4-7 yaş uşaqlara 2,5 ml gündə 1 dəfə, 7 yaşdan yuxarı 5 ml gündə 1 dəfə yemək vaxtı təyin olunur. İstifadə etməzdən öncə çalxalayın.
Buraxılış forması: MaxOme, şərbət 150 ml şüşə flakonda, karton qutu qablaşmada
İstehsalçı və ünvan: Aspar İlaç Kozmetik Gıda Sanayi A.Ş. Yakuplu Mah. Dereboyu Cad. No: 4/1 Beysan San. Sit. Beylikdüzü, İstanbul, Türkiyə.




