Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi: (1 ml üçün)
Təsiredici maddələr:
Melatonin (Melatoninum) – 1 mq
Qlisin – 50 mq
Köməkçi maddələr:
Saxaroza (Saccharosum), Qliserin (Glyserolum), Limon turşusu (Acidum citricum), Təmizlənmiş su (Purified water).
Məhsul haqqında məlumat:
Melogyn – Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan
BFMQƏ-dir.
Əks göstərişlər:
Bioloji fəallığa malik qida əlavəsinin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər: 15-20 damcı gündə 1 dəfə daxilə qəbul etməlidir.
Tövsiyə edilən təyinat yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər!
Əlavə təsirləri:
Məhsul istifadə üzrə təlimata uyğun qəbul olunarsa, heç bir əlavə təsir müşahidə olunmur.
Xəbərdarlıq: Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz!
Tövsiyə edilən sutkalıq dozanı aşmayın! Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı və ya digər hallarda həkimlə məsləhətləşin!
Bioloji fəallığa malik qida əlavələri balanslaşdırılmış qidanı əvəz etmir!
Buraxılış forması:
Melogyn daxilə qəbul üçün məhlul – damcı 50 ml flakonda, içlik vərəqəsi ilə birgə karton
qutuya yerləşdirilir.
Saxlanma şəraiti:
Qablaşma qutusunda 25 °C-dən aşağı temperaturda, quru, günəş şüası düşməyən və
uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il.
İstehsal tarixi qutunun üzərində qeyd olunub. Yararlılıq müddəti bitmiş məhsuldan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.
Sifarişçi: Met Line, Gida Kozmetik İlaç. İstanbul, Türkiyə.
küç. 145.
İstehsalçı: “Bayaz Flora” MMC, Bakı şəh., Abşeron ray, Fatmayı kəndi, Qarı Qarayev
TŞ AZ 2004978631.001-2020
www.beyazflora.az




