Məhsullar

1ml-30 damcı
Hər 1 ml-də 5000 B.V
Hər 1 damcı-166.6 B.V
Əlavə həlledici: Zeytun yağı,Vitamin E

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

VİTAMİN D3 (Xolikalsiferol)-Yağda həll olan vitamin olub normal halda ultrabənövşəyi şüaların təsiri altında insan dərisində 7-dehidroxlesterindən sintez olunur. Vitamin D3 kalsium , fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirakedir, Ca və fosfatların bağırsaqdan sorulmasını və onların böyrək kanalından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla uşaqlarda skeleton və dişlərin formalaşmasını təmin edir. Ossifıksiya prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.

Göstərişlər: (Aşağıda sadalanan xəstəliklərin müalicə və profllaktikası)
-Raxit
-Dagınıq skleroz
-Şəkərli diabet (2 ci tip)
-Spazmofıliya
-Osteoparoz
-Metabolik osteopatiyalar (hipoparatireoz və psevdo hipoparatireoz)
-Hipokalsiemik tetaniya
-A və D Vitamininin hipo və avitaminozunun profilaktika və müalicəsi
-Malabsorbsiya sindromu
-Yuxu pozgunluqları
-Görmə orqanının funksional zəifləməsi

Əks göstərişlər.
Preparatın tərkib kompanentlərinə qarşı həssaslığın olması
Dozalarıma rejimi:
0- 1 yaş 3-5 damcı gün ərzində 1 dəfə
1- 3 yaş 7-15 damcı gün ərzində 1 dəfə
3-12 yaş 10-20 damcı gün ərzində 1 dəfə
Böyüklərdə 25-35 damcı gün ərzində 1 dəfə
Hamilə və laktasiya periodunda -3-4 damcı(1500-2000 B.V)

Dozalanma həkim tərəfindən Vitamin D nin Defisitinin miqdarının müəyyənləşməsi ilə korreksiya oluna bilər.

Buraxlış forması:
AVE-D 20ml damcı formasında