Məhsullar

TƏRKİBİ
Beta qlükan (Beta glucan)-150 mq
Vitamin C (Ascorbic acid)-60 mq
Vitamin D3 (Cholecalciferol)-200 BV
Sink sulfat (Zinc sulphate)-27,4 mq
Inulin (Inulin)-200 mq
İtburnu ekstraktı (Rosa canina ex.)-80 mq

XÜSUSİYYƏTLƏRİ
Beta Qlukan-İnsan orqanizminin immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından, olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə malikdir. Beta qlükan bağırsaqların selikli qişa hüceyrələri tərəfindən udularaq, selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini (makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyini) gücləndirir.
Vitamin C- güclü antioksidant maddədir. O, oksidləşmə-reduksiya prsoeslərində, kollagen sinte- zində, dəmir və fol turşusu mübadiləsində, həmçinin steroid hormonlar və katexolaminlərin mü- badiləsində iştirak edir.
VİTAMİN D₁-Yağda həll olan vitamin olub normal halda ultrabənövşəyi şüaların təsiri altında in- san dərisində 7-dehidroxlesterindən sintez olunur. Vitamin D3 kalsium, fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirakedir, Ca və fosfatların bağırsaqdan sorulmasını və onların böyrək kanalından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdır- maqla uşaqlarda skeleton və dişlərin formalaşmasını təmin edir. Ossifiksiya prosesini gücləndirir. Qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsinə kömək edir.
Sink-immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaş- dırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxu- malarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda seksual funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funsiyasını aktivləşdirməklə T-limfo- sitlərin sintezini sürətləndirir.
İnulin-faydalı prebiotikdir. Orqanizmi zərərli maddələrdən təmizləyir, immun sistemi gücləndirir və həzm prosesini yaxşılaşdırır. İmmun sistemi möhkəmləndirir, qan dövranını normallaşdırır, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, soyuqdəymə əleyhinə təsir edir, təbii antioksidantdır.
GÖSTƏRİŞLƏR
Tez-tez xəstələnən uşaq sindromu
Kəskin respirator virus infeksiyaları
Tənəffüs yollarının residivləşən infeksion xəstəlikləri
Kəskin infeksion xəstəliklərin müalicə və profilaktikası
LOR orqanlarının xəstəlikləri: angina, tonzillit, sinusitlər
Antibiotikoterapiya, sitostatik, immunodepressiv və şüa müalicəsindən
sonrakı ikincili immunodefisit vəziyyətlər

DOZALANMA
4-14 yaş: 5 ml (1 çay qaşığı) gündə 1 dəfə 14 yaşdan böyüklər: 5 ml (1 çay qaşığı) gündə 2 dəfə

Buraxılış forması: ŞƏRBƏT 120ml