TƏRKİBİ
L-Karnitin (L-carnitine), QAYT (Qamma Amin Yağ Turşusu) (GABA), Qlisin (Glycine), Qlutamin (Glytamine), Ginkgo biloba (Ginkgo biloba), Vitamin B6 (Pyridoxine hydrochloride), Vitamin B12 (Cyanocobalamin).
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ
QAYT-nootrop maddə olub, baş beyində metabolik prosesləri bərpa edir, qlükozanın beyin tərəfindən mənimsənilməsini və toksiki maddələrin beyindan xaric olunmasını təmin edir. Əqli qabiliyyəti, yaddaşı artırır, yumşaq psixostimulyator kimi təsir edir. Həmçinin insultdan sonrakı dövrdə hərəkətin və danışıq. qabiliyyətinin bərpasına kömək edir. Yumşaq hipotenziv xüsusiyyəti sayəsində arterial təzyiqi normal- laşdırır və başgicəllənmə, yuxusuzluq kimi simptomları aradan qaldırır. Güclü antihipoksik və qıcolma əleyhinə təsir göstərir. Diabetli xəstələrdə qanda qlükozanin miqdarını azaldır.
QLİSİN-əvəzolunan aminturşulara aiddir. Mərkəzi neyromediator (sinir oyanmalarının ötürücüsü) rolunu oynayır, sedativ təsir göstərir, beyin hüceyrələrində metabolik prosesləri yaxşılaşdırır, əzələ distrofiyaları zamanı əzələlərin gücünü və həcmini artırır.
QLUTAMİN-zülalların sintezində mühüm rol oynayır, fiziki yüklənmələr zamanı immuniteti artırır, alter- nativ enerji mənbəyi kimi çıxış edir, K+ ionlarının əzələ hüceyrələrindən keçməsini artırır, karbohidrat- ların və fol turşusunun sintezində iştirak edir.
L-KARNİTİN-hüceyrə metabolizminin mühüm requlyatorlarından biridir. O, yağların hüceyrə daxilində yanmasını təmin edir və nəticədə ATF formasında enerji yaranır. L-karnitin yağların yanmasını 30-40% artırır,
toksiki maddələri hüceyrədən çıxarır və hüceyrə mübadiləsini optimallaşdırır. Yağ turşuları L-karnitin olmadan mitoxondriyə keçə bilmir və beləliklə də, oksidləşmə prosesləri getmir və enerji
yaranmır. L-karnitin bütün mübadilə proseslərini yaxşılaşdırır, ürək əzələsinin yığılma qabiliyyətini artırır, qaraciyərdə lesitin sintezini stimullaşdırır, xolesterinin hüceyrələr tərəfindən mənimsənilməsini sürət- ləndirir, sinir keçiriciliyini yaxşılaşdırır, mielin qişanı zədələyici təsirlərdən qoruyur, işemik zonada meta- bolizmi bərpa edir, qlükozanın toxumalarda mənimsənilməsini yaxşılaşdırır, T-supressorların fəaliyyətini
artırır , güclü antioksidantdır. Ginkgo Biloba-beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibin-
daki flavon qlikozidləri hüceyrələrdə qiikoliz prosesini aktivləşdirərək (əsasən beyin hüceyrələrində), hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin
hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkgo Biloba qan damarlarının divarını möhkəmləndirərək qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
VITAMIN B6-zülalların, karbohidratların, yağların metabolizmində iştirak edir, sinir sisteminə, sinir-əzələ sisteminə və qan-damar sistemlərinə müsbət təsir göstərir. B6 vitamini beyin toxumasında metobolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaşı və əhval ruhiyyəni yaxşılaşdırır.
VİTAMİN B12-əksik olan uşaqlarda gec danışma kimi problemlər rast gəlinir. B12 vitamini eyni zamanda uşağın böyüməsi və inkişafına da təsir edir. Uşağın böyüməsi, inkişafı, yeriməsi və ya oturub qalxması kimi funksiyaların gecikməməsi üçün B12 vitamin qəbul edilməlidir. Əks halda sadalanan problemlərin
varanma ehtimalı istisna deyil.
GÖSTƏRİŞLƏR
İntellektual xüsusiyyətlərin və yaddaşın pozulması Ağır zehni fəaliyyət və nitqin pozulması
Diqqət defisiti sindromu və hiperaktivlik
Psixoemosional gərginlik, aqressivlik
Kəllə-beyin travmalarının nəticələri
Yuxusuzluq
Uşaqlarda əqli inkişafdan qalma
Uşaq serebral iflici
Uşaqlarda psixomotor funksiyaların ləngiməsi
Endogen depressiya
Dəniz və tə arə xəstəliyi
DOZALANMA: BÖYÜKLƏR: 1 flakon gündə 1 dəfə
Buraxılış forması: 10 ml/20 flakon




