Məhsullar

Tərkibi: hər ampulda (2ml) 100 mq amikasin sulfat vardır.
FARMAKOLOJİ TƏSİRİ:
Aminoqlikozidlər qrupundan olan yarımsintetik antibiotikdir.
Bakteriya hüceyrəsinin zülal sintezini blokada edir və bakterisid
təsir göstərir. Qram (-) bakteriyalara: Pseudomonas aeruginosa,
Escherichia coli, Shigella spp., Salmonella spp., Brucella., Klebsiella
spp., Neisseria spp., Enterobacter, Serratia, Proteus, Citrobacter,
Haemophilus influenzae, Moraxella və başqalarına Qram (+) bak-
teriyalara: Staph. aureus, Stertococcus spp., o cümlədən penisillinə,
metisillinə və digər sefalosporinlərə davamlı olanlara qarşı yüksək
aktivdir. Streptomisinə, Pask-a, izoinazidə və digər vərəm əleyhinə
preparatlara davamlı olan Mycobacterium tuberculosis ştamlarına
qarşı da effektivdir. Amikasin çox tez sorulur. Yarım parçalanma
dövrü 2-4saat. Zülallarla 4-11% birləşir. Əsasən böyrəklərlə dəyi-
şilməmiş şəkildə (98%) xaric olunur. Likvorda konsentrasiyası 10-
20%, beyin qişalarında konsentrasiyası 50%, qarın boşluğunda da
konsentrasiyası 50%-dir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Ağır gedişli bakterial infeksiyalar;
Meningit, sepsis, septik endokardit, peritonit;
Tənəffüs yolları xəstəlikləri, LOR-orqanları xəstəlikləri;
Öd yolları xəstəlikləri;
Pankreatit;
Sidik yolları infeksiyaları;
Bağırsaq infeksiyaları (o cümlədən salmonellyoz, dizenteriya);
Ginekoloji infeksiyalar;
Dəri və yumşaq toxuma infeksiyaları;
Sümük və oynaq infeksiyaları;
Vərəm;
Brusellyoz .
QƏBUL QAYDASI VƏ DOZASI:
Uşaqlarda: doza 10-15mq-kq sutka (2 dəfəyə verilir). Yenidoğul-
muşlarda və yarımçıq doğulmuşlarda başlanğıc doza 10 mq/kq,
sonra isə hər 12 saatdan bir 7,5 mq/kq olmalıdır. Preparat əzələ-
daxili, venadaxili damcı və ya axın üsulu ilə yeridilir.
Mülicə müddəti 7-10 gündür.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Aminoqlikozidlərə qarşı yüksək həssaslıq, ağır böyrək çatışmazlığı,
hamiləlik, eşitmə sinirinin nevriti, miastenia gravis.
BURAXILIŞ FORMASI:
Ampul №5. 1 ampulda (2ml) 100 mq amikasin vardır.
İSTEHSALÇI: İsveçrə