Məhsullar

Təbii probiotik

Tərkibi
Bifidobacterium bifidum, Saccharomyces boulardii, Inulina , Lactobacillus acidophillus, Lactobacillus casei, Lactobacillus plantarum, Lactobacillus rhamnosus, Enterococcus faecium, Streptococcus thermophilus, Bifidobacterium longum. Bakteriyaların ümumi miqdarı – 2 Х 10 9.

Farmakoloji təsiri:
Bağırsaqların mikroflorasını normallaşdıran probiotik preparatdır. Oroflor bağırsaq mikroflorasına normallaşdırıcı təsir göstərir, bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edir. Oroflor-un terapevtik effekti canlı bifidobakteriyaların və laktobakteriyaların hesabına əldə olunur. Oroflor-un qəbulu zülalların həzmini yaxşılaşdırır. Bifidobakteriyaların sintez etdiyi fosfoproteinfosfataza fermenti südün tərkibindəki kozein zülalının metabolizmində iştirak edir.
İstifadəsinə göstərişlər:
•MBT – nın kəskin və xroniki infeksiyaları
•Uşaqlarda və yetkin şəxslərdə kəskin və xroniki bakterial diareya;
•Virus mənşəli kəskin diareya;
•Antibiotik qəbulunun səbəb olduğu kolit və diareyaların müalicəsi
•Bağırsaq disbakteriozu (disbiozu),enterokolit;
•Qıcıqlanmış bağırsaq sindromu.
•Qəbizlik, meteorizm.

İstifadə qaydası:
0-1 yaş uşaqlara 2/1 kapsul gündə 1 dəfə
1-3 yaş uşaqlara 1 kapsul gündə 1 dəfə
3-6 yaş uşaqlara 1 kapsul gündə 2 dəfə
6-12 yaş uşaqlara 1 kapsul gündə 3 dəfə
Böyüklərdə: 2 kapsuldan gündə 2 dəfə, yemək vaxtı.
Əks göstərişlər :
Tövsiyə olunan doza istifadə edilən təqdirdə əks göstərişlər müəyyən edilməmişdir.
Apteklərdən buraxılış forması: Reseptsiz buraxılır
Buraxılış forması: N20 kapsul
Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir