Məhsullar

Tərkibi:
Hər tabletin tərkibinə daxildir:
Cırtdan palma eksraktı-300 mq
Likopin-500 mkq
Gicitkən ekstraktı-62,5 mq
Ayı qulağı ekstraktı-12,5 mq
Balqabaq ekstraktı-300 mq
Sink-10,3 mq
Söyüd otunun ekstraktı-5 mq
Köməkçi maddələr: Lesitin, Arı mumu, Sellüloza, Natrium benzonat.
Farmakoloji təsiri:
Referans Plus preparatının tərkibinə daxil olan bütün komponentlər prostat vəzinin bir çox problemlərinin aradan qalxmasına kömək edir.
Cırtdan palma – dehidrotestestronun sintezini (1 və 2 tipli 5-alfareduktaza fermentini blokada edir) və onun sitozol reseptorlarına fiksasiyasını tormozlayır. Prostatın hiper-trofiyasının qarşı- sını alır. Həmçinin prostaglandinlərin və leykotrienlərin yerli sintezini tormozlayaraq iltihab- əleyhinə təsir göstərir.
Likopin – güclü antioksidant olub, prostat vəzini sərbəst radikalların zərərli təsirindən qoruyur. Gicitkən-kişi cinsi hormonlarının metobolizmini normallaşdırır, proliferasiyanı azaldır, sidik – qovucu effekt göstərir.
Ayıqulağı ekstraktı – tərkibindəki flavonoidbrin, üzvi turşuların və qlukozidlərin hesabına iltihab- əleyhinə təsir göstərir, böyrək və sidikçıxarıcı sistemin daş xəstəliklərində xüsusilə effektivdir. Balqabaq toxumunun yağı – prostat vəzinin funksiyasını normallaşdırır, sidik axarını yaxşılaşdırır. Sink-kişi orqanizmində toxum kanallarında spermatozoidlərin əmələ gəlməsini aktivləşdirən xüsusi hormonun, o cümlədən testosteronun sintezində iştirak edir.
Söyüd otunun ekstraktı – ödqovucu və sidikqovucu təsir göstərir. Sarılıq xəstəliyində xeyirlidir. İsitmə və qızdırmaya qarşı vasitə kimi titrəməni aradan qaldırır.
Əks göstərişlər:
Prostat vəzinin bədxassəli şişləri, preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
Dozalanması və qəbul qaydası:
Buraxılış forması: Tablet №30
1-2 tabletdən gündə 1-2 dəfə yeməkdən sonra və ya yemək zamanı.
İstehsalçı: HERBAL FARMA/Türkiyə