Məhsullar

Tərkibi: 100 ml Aktiv komponentlər:
Adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı 1.5 ml
Böyük bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı 1.5 ml
Dərman gülxətmi kökünün (Althaea officinalis) duru ekstraktı 0.4 ml
Adi razyana (Foenicuium vulgare) meyvəsinin duru ekstrakti 0.6 ml
Adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstrakti 1.0 ml

Köməkçi maddələr:
Şəkər (saxaroza) (Sucrose), Natrium benzoat (Sodium benzoat), təmizlənmiş su (purified water).
Şərbətin tərkibinə bioloji fəal maddələrlə zəngin bitkilər daxildir. Bu maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır və xaric olunmasını asanlaşdırır.

İstifadəsinə göstərişlər:
•Müxtəlif mənşəli bəlğəmli və quru öskürəklər
•Pnevmoniya
•Kəskin və xroniki bronxit
•Kəskin respirator virus infeksiyalarının ağırlaşmaları.

Əks-göstərişləri:
Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq.

İstifadə qaydası:
Qida qəbulundan əvvəl qəbul olunmalıdır. 4 yaşa qədər uşaqlarda həkim məsləhəti ilə dozalandırmaq və qəbul etmək tövsiyə olunur. 4-12 yaş uşaqlara 5 ml gündə 2 dəfə. 12 yaşdan yuxarı və böyüklər 10 ml gündə 2 dəfə

Xüsusi göstərişlər və xəbərdarlıq:
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.Şəkərli diabetli xəstələr məhsuldan ehtiyatla istifadə etməlidir.

Buraxılış forması:
Şərbət 100 ml flakonda içlik vərəqəsi ilə birgə karton qutuya qablaşdırılır.

İstehsalçı:
“Biyan Products” MMC