Məhsullar

Tərkibi: (1 saşenin tərkibində)
Təsiredici maddələr:
Maka kökünün quru ekstraktı (Lepidium Meyenii)……………………………….250 mq
Epimedium yarqaqlarının quru ekstraktı (Epimedium sagittatum)………….. 150 mq
L-karnitin tartrat (L-carnitene tartrate)………………………………………………….500 mq
Asetil-l karnitin (Acetyl L-Carnitine)……………………………………………………500 mq
Fruktoza (Fructose)…………………………………………………………………………….500 mq
Sitrik turşusu (Citric Acid)…………………………………………………………………….50 mq
Selen (as Sodium selenite 109,17mcg)………………………………………………………..50 mkq
Koenzim Q10 (Coenzyme Q10 )………………………………………………………………20 mq
Vitamin C (Ascorbic acid)……………………………………………………………………..90 mq
Sink (as Zinc sulfate 27,77mg)………………………………………………………………10 mq
Fol turşusu (Folic acid)………………………………………………………………………200 mkq
Vitamin B12 (Cyanocobalamin)………………………………………………………….. 1,5 mkq
L-arginin hidroxlorid (L Arginine hydrochloride)……………………………………250 mq

Köməkçi maddələr: Maltodekstrin (Maltodextrin), silikon dioksid (Silicon dioxid), sukraloza (Sucralose), Banan ləzzəti ( Banana Flavor).

Maka- bitkisinin tərkibi stimullaşdırıcı xüsusiyyətlərə malik xüsusi efir yağları ilə zəngindir. Bundan əlavə, maka kökündə arginin, tirozin, histidin və fenilalanin var. Bu maddələr bədəndə cinsi hormonların sintezini sürətləndirir, libidonu artırır, spermanın keyfiyyətini yaxşılaşdırır və hormonal balansı normallaşdırır.
Epimedium- əsas aktiv maddəsi ikarin olan şərq bitkisidir. Epimediumda yüksək konsentrasiyada olan ikarin azot oksidinin sintezinə təşviq edir. Bu da öz növbəsində cinsiyyət orqanlarında qan dövranını yaxşılaşdırır. Həmçinin hissi sinirlərin həssaslığını stimullaşdırır.
L-karnitin – aminturşu olub, B qrupu vitaminlər ailəsinə mənsubdur. Anabolik, antihipoksik və antitireoid təsirə malikdir. Yağ mübadiləsini aktivləşdirir, toxumaların regenerasiyasını stimulə edir, iştahanı artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin uzunzəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın qlükoneogenez prosesində piruvatkarboksilazanın iştirakını artırır. L-karnitin keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir. L-karnitin rəqabətə girərək qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir.
Asetil-L-karnitin-orqanizmdə bir sıra funksiyaları yerinə yetirir: koqnitiv proseslərin keyfiyyətini yaxşılaşdırır, zehni daha aydın və səmərəli edir, insanın fiziki fəaliyyətini artırır,orqanizmdən toksinləri, sərbəst radikalları və digər zərərli maddələri çıxarır.
Fruktoza- monosaxariddir . Karbohidratlar insan orqanizmini gündəlik enerji tələbatının demək olar ki, yarısı ilə təmin edirlər. Onlar orqanizmdə əsasən enerji mənbəyi kimi istifadə olunurlar. Karbohidratlardan orqanizmdə tikinti materialı kimi də istifadə edilir. Bu maddələr və onların zülal və yağ molekulları ilə birləşmələri bir çox hüceyrə və toxumaların tərkibinə daxildirlər.
Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Həmçinin, selen spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli dərəcədə təsir edir.
Koenzim Q10 – ubixinonun kofermentidir. Orqanizmin bütün hüceyrələrinin mitoxondrilərində olur. Enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirlərə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Vitamin C- immuniteti gücləndirir, orqanizmin bakterial və virus infeksiyalarına qarşı müqavimətini artırır.
Qan damarlarının elastikliyini və kapilyar keçiriciliyi yaxşılaşdırır. Dəmirin mənimsənilməsində və
qan yaranmada iştirak edir.
Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir, orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artırır. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil edir. Qonadotrop hormonların (FSH, LH) tərkibinə daxil olub onların sintezini və sekresiyasını aktivləşdirərək spermatogenezi (oogenezi) stimullaşdırır. Bundan başqa sink çatışmazlığı qadınlarda reproduktiv sistemdə problemlərə səbəb olur, həmçinin erkən menopauzaya səbəb ola bilər.
Fol turşusu- qırmızı qan hüceyrələrinin yaranmasında, hüceyrələrin bölünməsi və yaranması zamanı
DNT və RNT-nin çoxalması üçün azotlu üzvi əsasların sintezində mühüm rol oynayır.
Vitamin B12 – hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir, maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.Vitamin B12 -nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur.
L-Arginindən – orqanizmdə azot oksid sintez olunur ki, bu da damar divarında tsiklik QMF- in sintezini stimullaşdırmaqla damarları genişləndirir, qan dövranını və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır. Bütün orqan və toxumalarda, xüsusilə də kiçik çanaq orqanlarında qan təchizatını artırır. Arginin toxum mayesinin tərkibinə daxil olması hesabına və hipofizin hormonları olan FSH və LH-ın balansını tənzimləməklə Leydiq hüceyrələrində testosteron sintezini sürətləndirərək spermatogenezi stimulə edir, kişilərdə cinsi həvəsin (libido) artmasını təmin edir. Qadınlarda FSH və LH-ın balansını tənzimləməklə hormonal fonu balanslaşdırır ki, nəticədə ovognezin stimulyasiyası və menstrual tsiklin normallaşmasına səbəb olur. Həmçinin qadınlarda libidonu yüksəldir.

İstifadəsinə dair tövsiyələr: Reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq və libidonu yüksəltmək məqsədi ilə tövsiyə olunan BFMQƏ

İstifadə qaydası və dozası: Böyüklər 1 saşe gündə 2 dəfə yeməkdən sonra daxilə qəbul olunur.
Əks göstərişləri: Komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq hallarında əks göstərişdir.
Əlavə təsirləri: Komponentlərdən hər hansı birinə qarşı fərdi həssaslıq.
Ehtiyat tədbirləri və xəbərdarlıq: Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Xəstəliklərin müalicəsi məqsədilə ilə istifadə edilə bilməz. BFMQƏ normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin
Dərman vasitəsi deyildir! Bioloji fəallığa malik qida əlavəsidir!
Buraxılış forması:Saşe N30.
Saxlanma şəraiti: Quru və sərin yerdə, 25ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır. Uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır!
Yararlılıq müddəti: 3 il
İstehsalçı və ünvan: Aspar İlaç Kozmetik Gıda Sanayi A.Ş.
Yakuplu Mah. Dereboyu Cad. No: 4/1 Beysan San. Sit Beylik düzü- İstanbul, Türkiyə