TƏRKİBİ
Maqnezium (Maqnezium laktat şəklində), Vitamin D3, Kalsium sitrat, Sink (Sink sulfat şəklində)
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Maqnezium: Kalsiumun mənimsənilməsini təmin edir. Ürək-damar xəstəliklərinin profilaktikasında fayda- lıdır, osteoporozun profilaktikasında faydalıdır, xolesterinin səviyyəsini azaldır, hamilələrdə vaxtından əvvəl doğuşların qarşısını alır. Qanın reoloji xüsusiyyətlərini normallaşdırır, sümük toxumasının strukturunu bərpa edir, qlükozanın səviyyəsini tənzimləyir. Menstrual tsikli normallaşdırır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, beyin metabolizmi yaxşılaşdırır.
D3 vitamini Kalsium və D3 vitaminin qəbulu sümük toxumasının rezorpsiyasının sürətləndirən paratiroid hormonunun sintezini zəiflədir. D3 vitaminin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağır- sağın proksimal hissəsindən sürətli sorulmasını təmin olunur.
Kalsium: orqanizmdə kalsium və D3 vitamini çatışmazlığını aradan qaldırmaqla kalsiumun rezorpsiyasını zəiflədir və sümük toxumasında miqdarını artırır. Dişlərin mineralizasiyasında vacib rol oynayır. Kalsium neyronların normal fəaliyyəti üçün vacib elementlərdənbiri olmaqla yanaşı əzələlərin yığılması və qanın laxtalanmasında da iştirak edir.
Sink: Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır.
Sink D vitaminin təsirini gücləndirir və kalsimun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti osteo- porozun inkişafına və boy atmanın dayanmasına səbəb olur. Orqanizmdə yüzlərlə müxtəlif fermentlərin tərkib komponentidir, fermentativ reaksiyalarda iştirak edir, normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşuları sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
GÖSTƏRİŞLƏRİ
Raxitin korreksiyası və profilaktikası;
alsium, fosfor və maqnezium defisitinin təzahürü kimi meydana çıxan müxtəlif patoloji hallar (böyük əmgəyin gec bitişməsi, dişlərin çıxmasının ləngiməsi, əzələ zəifliyi, səbəbsiz tərləmə, oyanıqlıq, qıcolma)
Osteoporoz, osteoartroz (osteoartrit) və osteoxondroz, sınıqlar, raxit;
Mərkəzi sinir sisteminin funksiyalarının tənzimlənməsi: depressiya, xroniki yorğunluq, həyəcanlılıq, yuxusuzluq, diqqətin pozulması, hiperaktivlik, miqren baş ağrıları, gərginlik;
Dəri sağlamlığının yaxşılşdırılması və dəri xəstəlikləri zamanı (akne, ekzema, psoriaz, seboreyalı dermatit, furunkulyoz);
Ürək-damar sisteminin möhkəmləndirilməsi: hipertoniya, ateroskleroz, ÜİX (stenokardiya), aritmiya;
Predmenstrual sindrom, klimakterik sindrom, dismenoreya, hipoqalaktiya, erkən toksikozlar, fibroz-kistoz mastopatiya;
Hamiləlikdə kalsium çatışmamazlığında (II trimestrdə);
DOZALANMA
4-14 yaş: 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı: 10 ml gündə 1 dəfə
* Digər hallarda həkim məsləhəti ilətəyin olunur.
Buraxılış forması: Sirop 150 ml




