Tərkibi (Hər 15 ml içində):
Əsas maddələr:
Vitamin D3 (Xolekalsiferol) 50 000BV
(1 ml-də 30 damcı, 1 damcıda isə 110 BV vitamin D3 mövcuddur)
Köməkçi maddələr: Zeytun yağı (Oliva oil)
İstifadə üçün göstərişlər: D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Əks göstərişlər və əlavə təsirlər:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq, hiperkalseamiya,
hiperkasiuriya, hipervitaminoz D, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, ağciyər
vərəminin aktiv forması. 1,5 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
1,5-4 yaş arası uşaqlar üçün gün ərzində 1 damcı 1 dəfə nəzərdə tutulur; 4-14 yaş arası
uşaqlar üçün gün ərzində 1 dəfə 2 damcı nəzərdə tutulur; 14 yaşdan yuxarı uşaqlar və
böyüklər gün ərzində 1 dəfə 4 damcı nəzərdə tutulur. Tövsiyə edilən sutkalık dozanı
keçməyin.
Buraxılış forması: Daxilə qəbul üçün məhlul-damcı
Qablaşdırma forması: 15 ml şüşə flakonda, karton qutu qablaşmada,
təlimatla birlikdə
Saxlanma şəraiti: 25 °C-dən aşağı temperaturda quru, günəş şüası düşməyən və
UŞAQLARIN ƏLİ ÇATMAYAN YERDƏ SAXLANMALIDIR.
Yararlıq müddəti: 3 il.
BFMQƏ normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və
dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
İstehsalçı (adı və yerləşdiyi ölkə): ASPAR İLAÇ KOZMETİK SANAYİ Yakuplu Mah. Dereboyu
Cad. No:4 İç Kapı No:1, 34524 Beylikdüzü/İstanbul, Türkiyə.




