Məhsullar

Sedativ sirop

Tərkibi:
Dərman bədrənc otunun duru ekstraktı
Pişikotu kökünün duru ekstraktı,
Damotu otunun duru ekstraktı
Mayasarmaşığı qozalarının duru ekstraktı
Şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
Farmakoloji təsiri:
Sinir oyanıqlığmı azaldır, əsəbləri sakitləşdirir, stress və qıcıqlanmanın qarşısını alır. Yuxuyagetməni və yuxunun dərinliyini tənzimləyir. Həmçinin sinir pozulması ilə əlaqədar meydana çıxan aritmiya, təzyiqin yüksəlməsi, baş ağrıları, həyəcan, narahatlıq, iştahasızlıq və s. kimi nevrotik mənşəli proseslərin qarşısını alır.
İstifadəsinə göstəriş:
Nevrozlar (kardionevroz, nevrasteniya)
Sinir-emosional oyanıqlıq
Yuxusuzluq
Hipertoniyanm kompleks müalicssi
Uşaqlarda sinir-reflektor oyanıqlıq sindromu
Əlavə təsirləri və əks göstərişlər:
Siropun tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar ehtiyatla istifadə etməlidirlər.
Qəbul qaydası:
Sirop yeməkdən 30 dəqiqə əvvəl, göstərilən qaydada qəbul olunur. Qəbul müddəti 1 aydır.
1 yaşa qədər uşaqlara 0,5-1 çay qaşığı 2-3 dəfə;
1-5 yaş uşaqlara 1-2 çay qaşığı 2-3 dəfə;
5-12 yaş uşaqlara 1 – 2 desert qaşığı 3 dəfə;
12 yaşdan yuxarı, böyüklərə 1-2 xörək qaşığı 3 dəfə.
Saxlanılması:
Saxlanma müddəti 18 ay. Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.
Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır.
İstifadə müddəti qurtarmış siropdan istifadə etməyin.
Buraxılış forması:
Şüşə flakonlarda 100 ml.