Məhsullar

Tərkibi (1 tablet):
D-mannoza (d-mannose) 250 mq
Mərcanı meyvəsi şirəsinin tozu (vaccinum macrocarpon fruits juice powder) 250 mq
Çobanyastığı çiçəyinin quru ekstraktı (matricaria recutita flower dry extract) 100 mq
Kalium sitrat (potassium citrate) 100 mq
Köməkçi maddələr: maltodekstrin, kalsium fosfat, maqnezium stearat.

Farmakoloji təsiri: İltihabəleyhinə, uroseptik, təbii antibiotik, diuretik.

Farmakodinamika:
D-mannoza: Təbii aldoheksoz monosaxarid karbohidratdır və hüceyrənin enerji ilə təmini, hüceyrədə metabolizm və digər proseslər zamanı əmələ gələn toksiki maddələrin detoksikasiyası, immun sisteminin requlyasiyası və zəhərli maddələrin xaric olunmasında yaxından iştirak edir. D-mannoza uroteldə (sidik yolları epiteli) bakterial adgeziyanı inhibə edərək sidik yolları infeksiyasının (SYİ) müalicəsində təbii antibiotik rolunu oynayır. Urotelə yapışa bilməyən bakteriyalar insan orqanizmi tərəfindən metabolizə olunmadan absorbsiya olunan D-mannozaya yapışaraq sidik vasitəsilə eliminasiya olunur.
Mərcanı meyvəsi şirəsinin tozu: Tərkibində proantosianid vardır ki bu da bakteriyaların yerli toxumalara yerləşməsinin qarşısını alan və antibiotik ehtiyacını azaldan antiadgeziv təsir ilə sidik yolları infeksiyalarında geniş istifadə olunur. Antioksidant təsiri ilə orqanizmi virus və bakteriyalara qarşı qoruyur, həmçinin şəkərli diabet, revmatizm, xolesterol və infeksion xəstəliklərdə effektiv təsir göstərir.
Çobanyastığı çiçəyinin quru ekstraktı: Çobanyastığının çiçək səbətlərində efir yağı, flavanoidlər, kumarinlər, triterpen spirtləri, karotin aşkar edilmişdir. Çobanyastığı çiçəkləri antioksidant təsir göstərərək infeksiyanı azaldır, spazmolitik, iltihabəleyhinə, antiseptik, tərqovucu vasitə kimi bağırsaq spazmlarında, meteorizmdə və vaginitdə istifadə edilir.
Kalium sitrat: Monohidrat formasında, hiqroskopik kristal duz olub alkalizasiyada iştirak edən ən vacib maddələrdən biridir. Kalium sitrat sidik alkalizatoru olaraq sidiyi qələvi hala gətirərək turş mühitdə yarana biləcək böyrək daşlarının qarşısını alır. Oksalat, urat, fosfat duzların əmələ gəlməyinin qarşısını alaraq kristal nefropatiya xəstəliklərində effektiv təsir göstərir.
Istifadəsinə göstərişlər:
Sidik yollarının iltihabi xəstəlikləri:
Pielonefrit, pielit, uretrit, sistit
Hamilələrin simptomsuz bakteriuriyası
Hamiləlik nefropatiyası (Zülal izləri)
Uroloji ödəmlər
Kəskin və xroniki prostatitlər.
Sidik yollarında duz və sidik yollarının daş xəstəliklərindən sonra ikincili infeksiya riskinin azaldılması məqsədilə istifadə olunur.

Əks göstərişlər: Tərkibindəki hər hansı bir komponente qarşı həssaslığı olan şəxslərə və 14 yaşa qədər uşaqlara olmaz.

İstifadə qaydası:
14 yaşdan yuxarı 1 tablet gündə 1 dəfə istifadə olunur.

Buraxılış və qablaşma forması: Karton qutu qablaşmada №30(3×10) blister şəklində tablet.

İstehsalçı: İstanbul – Türkiyə.
Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.