TƏRKİBİ:
Hər 10 ml-də;
Vitamin A – 800mkq
Vitamin C – 50mq
Vitamin B3 – 10 mkq
Vitamin E – 10 mq
Vitamin B1 – 1,5 mq
Vitamin B5 – 4 mq
Vitamin B6 – 2 mq
Vitamin B9 – 300 mkq
Vitamin B12 – 2 mkq
Vitamin H – 40 mkq
Ca – 120 mq
Fe – 14 mq
Mg – 4 mkq
Potassium – 90 mkq
Sink – 6 mq
Selen – 23 mkq
Mis – 0,25 mq
Lütein – 0,5 mq
Zeaksantin (Gülümbahar ekstraktı) – 0,1 mq
XÜSUSİYYƏTLƏRİ:
RaVitSan – orqanizmdə vitamin, mineral, makro- və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış bioloji qida əlavəsidir. Tərkibindəki bütün vitamin, mineral, makro- və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar və orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır. Antioksidantlar (vitamin A, C, E, Se, Zn ) qocalma prosesini, aterosklerozun yaranmasını ləngidir, hüceyrələri zərərli faktorlardan müdafiə edir. Balanslaşdırılmış miqdarda olan B qrupu vitaminləri sinir sistemini möhkəmləndirərək normal fəaliyyətini təmin edir. Sink həm zərərli radikallardan müdafiəni gücləndirir, həmçinin cinsi hormonların sintezini artırır və prostat vəzinin normal fəaliyyətini təmin edir.
Vitamin A – torlu qişa piqmentinin tərkib hissəsi olduğundan göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı “gecə korluğu” kimi xəstəliyə səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində bu vitaminin qəbulu mütləqdir.
C vitamini – əzələlərin, o cümlədən, göz əzələlərinin, tonusunu saxlayır, damarları möhkəmləndirir, immun sistemin fəaliyyətini tənzimləyir.Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, gözlərdə qansızmalara səbəb olur.
B qrupu vitaminləri – sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və oksigenin çatdırılmasını yaxşılaşdırırlar.
Lütein və Zeaksantin bitki mənşəli maddələr olub, billurda və torlu qişanın mərkəzində toplanır. Lütein və Zeaksantin işıq filtri funksiyasını həyata keçirməklə goz strukturunu aqressiv faktorların və gün işığının goy spektrinin təsirindən qoruyur. Güclu antioksidant təsirə malik olmaqla sərbəst radikalların təsirini neytrallaşdırır, torlu qişanın dağılmasının və billurun bulanmasının qarşısını alırlar.
RaVitSan – hər növ avitaminozlar, hipovitaminozlar, makro- və mikroelement çatışmazlığı zamanı qəbul edilə bilər.
Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.
GÖSTƏRİŞLƏRİ:
•Vitamin, mineral, makro və mikroelement çatışmazlığının profilaktikası, eyni zamanda vitamin, mineral, makro və mikroelementlərə tələbatın yüksəldiyi hallarda
•Hipokalsiemik və hipomaqniemik tetaniya,spazmafoliya
•İştahsızlıq, İnkişaf ləngimələri
•Hamiləlik zamanı və südvermə dövründə yaranan avitaminoz və hipovitaminozların profilaktikası, həmçinin, hamiləliyə hazırlıq dövrü
•İmmun sistemin zəifləməsi (kütləvi virus və ya bakteriya mənşəli infeksiyaların yayilması zamanı)
•Nevroloji xəstəlik və simptonlar zamanı
•Göz xəstəlikləri: kontakt linzalardan istifadə və kompyuterdən istifadə zamanı baş verən göz yorğunluğu və göz ağrıları zamanı, yaxındangörmənin kompleks müalicəsində, Diabetik retinopatiya, gözün torlu qişasının mərkəzi və periferik distrofiyası, gözlərdə aparılan cərrahi əməliyyatlardan sonrakı bərpa dövründə, gözün qaranlığa adaptasiya qabiliyyətinin zəifləməsi zamanı
•Xroniki yorğunluq sindromu, stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası
•Müxtəlif etiologiyalı dermatit və dermatozlar
•Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri
ƏLAVƏ TƏSİRLƏRİ: Düzgün dozalanma aparıldıqda praktiki olaraq əlavə təsirlər müşahidə olunmur. Nadir hallarda dispeptik əlamətlər yarana bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
İSTİFADƏ QAYDASI: 0-4 yaş 2,5 ml 1 dəfə (həkim təyinatı ilə ancaq)
4-14 yaş 5 ml gündə 1 dəfə
14 yaş və böyüklər 10 ml gündə 1 dəfə
Dozalanma və kiçik yaş qruplarına təyinat yalnız həkim məsləhəti ilə təyin olunur.
BURAXILIŞ FORMASI: RaVitSan 200ml Sirop.
İSTEHSALÇI: “Saşera Med”,Rusiya. Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.




