Tərkibi:Hər tabletdə
Qlükozamin sulfat – 700 mq
Xondroitin sulfat – 300 mq Kalsium karbonat – 600 mq Vitamin D3 (xolekalsiferol) – 300 BV
Farmakoloji qrupu: Xondroprotektor.
Farmakoloji xüsusiyyətləri: Qlükozamin sulfat birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişada çoxluq təşkil edir. Qlükozamin molekulası mədə-bağırsaq traktından sorulur, sonra qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Qlükozamin sulfat orqanizm üçün təhlükəsizdir və revmatik xəstəliklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər. Xondroitin sulfat mukopolisaxarid təbiətli maddə olub qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının struktur və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdaq toxumasının degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlikan və hialuron turşusunun sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir, oynaqların hərəkətliliyini artırır, sümük toxumasından kalsiumun rezorbsiyasını ləngidərək osteoporozların inkişafını tormozlayır. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir.
Kalsium sümük hüceyrələrinin əsasını təşkil edərək dayaq –hərəkət aparatının formalaşmasında mühim rol oynayır. Sümük toxumasının mineralizasiyasını sürətləndirir. Kalsium sümük hüceyrələrinin sürətli bərpasını təmin edərək dayaq hərəkət sistemində ola biləcək çatışmazlıqların qarşısını alır və bununla da vacib bir funksiyanı yerinə yetirir. Orqanizmin həyat fəaliyyətində Xolekalsiferolun mühüm əhəmiyyəti var. D3 vitamini kalsiumun absorbsiyasında iştirak edir,kalsium ionlarının qanda qatılığını artırır, kalsitoninin sekresiyasını sürətləndirərək osteoklastların sayını və aktivliyini azaltmaqla sümüklərin minerallaşmasını sürətləndirir, sümük rezorbsiyasını ləngidir.
Göstərişlər:
•Oynaqların revmatoid zədələnmələri: revmatoid artrit, poliartrit,periartrit
•Birincili və ikincili osteoartrozlar, koksartroz və qonartroz.Travmatik dizostoz
•Xondrial və endoxondrial okosteneniya pozğunluqları
•Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reablitasiya dövrü
•Dəri, saç və dırnaq xəstəlikləri
Əks göstərişləri: Hamiləlik və laktasiya dövrü. Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq. Uşaqlarda istifadəsi məsləhət görülmür.
Əlavə təsirləri: Nadir hallarda dispeptik narahatlıqlar, baş ağrısı, allergik reaksiyalar.
İstifadə qaydası və dozalanma: Bir tabletdən gündə 2 dəfə bol maye ilə qəbul edilir.
Buraxılış forması: Tablet № 30
Azərbaycanda rəsmi distributor-“AVREOL GROUP” şirkətidir
İSTEHSALÇI:
“Saşera-Med” MMC,
Rusiya Federasiyası.




