Tibbi vasitəyə dair istifadə üçün təlimat
Tərkibi:Hər 75 ml kremin tərkibində vardır
Təsiredici maddə: Qlukozamin sulfat 1,3 qr, Xondroitin sulfat 0,13 qr, MSM 2,6 qr, Mentol 2,6 qr,Sodium Hialuron 15mq, Boswellia serrata 2,6 qr, Arnica montana ekstraktı 0,0065 qr, Kafur 2,6 qr, Zəncəfil yağı 0,13 qr, Evkalipt yağı 0,13 qr, Lavanda yağı 0,13 qr, Mixək yağı 0,13 qr.
Köməkçi maddələr: :Deionlaşdırılmış su-75-90%; Qliserin-1-3%; Vazelin-3-5%; Maye parafin-3-5%; Fenoksietanol və etilheksilqliserin – 0.1-1%; Karbomer-0.1-1%; Trietanolamin-0.1-1%; Polisorbat-20 – 0.1-1%.
Farmakoloji xüsusiyyətləri:
Romanorm oynaq sistemində ağrıları və iltihabı aradan götürən, xondro komponentlərdən hazırlanmış müalicəvi
kremdir. Qlukozamin sulfat birləşdirici toxumanı təşkil edən əsas komponentdir. Əzələ bağlarının, oynaq qığırdağının
əmələ gəlməsində iştirak edir. Damar divarının, bronxların, dərinin və selikli qişanın müəyyən hissəsini təşkil edir.
Qlükozamin sulfat qığırdaq toxumasının bərpasını sürətləndirir və qığırdağın kimyəvi təsirlərə qarşı dözümlüyünü təmin
edir. Xondroitin sulfat qlükozaminqlikan qrupuna aid olan polisaxariddir. Chondroitin sulfatın əsas üstünlüyü
qığırdağın daxilində mayeni təbəqəli formada saxlamasıdır. Bunun nəticəsində qığırdağın elastikliyi və təzyiqə
davamlılığı artır. MSM (metil sulfonil metan) üzvü kükürdün təbii forması olub, iltihab əleyhinə və ağrıkəsici təsir
göstərir. Mentol yerli ağrıkəsici, iltihab əleyhinə təsirə malikdir.
Romanorm kreminin tərkibindəki xondro komponentlər analgezik, anti-inflamator effektlərilə qığırdaq toxumasının
degenerasiyasının qarşısını alır, oynaq səthlərinə sürüşkənlik verir, qığırdağın elastikliyini, dözümlüyünü artırır, sümükoynaq
xəstəliklərinin inkişafına mane olur. Romanorm kremini tətbiq edildikdən sonra dəridən sorularaq oynaq
toxumasında toplanır, regenerativ prosesləri stimullaşdırır və eyni zamanda bir neçə dəqiqə müddətində ağrını tam
aradan götürür. Aparılan kliniki tədqiqatlardan məlum olunmuşdur ki, Romanorm kremi 12 həftə ərzində oynaq
ağrılarını tam aradan götürür və hərəki funksiyaları tez bir zamanda bərpa edir.
Romanorm krem aşağıdakı xəstəliklərin müalicəsi və profilaktikasında tövsiyə edilir.
•Osteoartrit, osteoartroz, spondiloz, osteoxondroz
•Oynaqlarda travmatik ağrılar (idman travmaları, dartılma, burxulma)
•Fəqərə arası disklərin sürülməsi, lumbaqo
•Diz qapağının xondromalyasiyası
•Sümük sınıqları (sınıq xəttinin tez sağalması)
•Yaşlı şəxslərdə oynaqlarda hərəkət məhdudiyyəti, oynaq kisəsinin daralması
Əks göstərişləri:
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq
Dozası və istifadə qaydası:
Gündə 2-3 dəfə ağrıyan nahiyələrə tətbiq edilir.
Buraxılış forması: İçlik vərəqə ilə karton qutuya yerləşdirilmiş 75 ml krem.
İstehsalçı: TÜRKİYƏ.
Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.




