ALBEKS-SAQA 400 mq çeynəmə tabletlər
Beynəlxalq patentləşdirilməmiş adı: Albendazole
TƏRKİBİ
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq albendazol vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristalliksellüloza, laktoza, natrium metilparaben, natrium propilparaben, natrium laurilsulfat, REG 4000, maqnezium stearat, təmizlənmiş talk, aspartam, ananas ətirləndiricisi.
TƏSVİRİ:
Ağ rəngli, oval formalı tabletlərdir.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamikası
Albendazol benzimidazol karbamat qrupuna aid olan, bağırsaq və toxuma parazitləri əleyhinə antihelmint və antiprotozoy təsirə malik preparatdır..
Peroral qəbulundan sonra albendazol sorulur və tamamilə metabolizə olunur.Albendazolun 6.6 mq/kq dozada qəbulundan təxminən 2 saatsonra, onun əsas metaboliti olan sulfoksidin maksimal plazma konsentrasiyası 0,25-0,30 mkq/ml-ə çatır.
FARMAKOKİNETİKASI
Absorbsiyası
Yağlı yemək qəbul edən pasiyentlərdə albendazolun (400 mq) oral dozada qəbulundan sonra, albendazol sulfoksidin maksimal
plazma konsentrasiyası adətən 2-5 saata əldə edilir və 1,31 mkq/ml (0.46-1.58 mkq/m1 diapazondad) təşkil edir. Albendazol
sulfoksidin terminal yarımxaricolma dövrü adətən 8-12 saatarasında dəyişir.
Paylanması
Albendazol sulfoksid plazma zülalları ilə 70% birləşir və orqanizmdə geniş paylanır; sidik, öd, qaraciyər, kista divarı, kista mayesi və onurğa beyni mayesində aşkar edilmişdir.
Metabolizmi
Albendazol qaraciyərdə ilkin metabolitə, albendazol sulfoksidə sürətlə çevrilir, daha sonra insan sidiyində müəyyən edilmiş albendazol sulfon və digər ilkin oksidləşdirici metabolitlərə metabolizə olunur.
ƏKS GÖSTƏRİŞLƏR
Preparat albendazola və ya tərkibndə olan maddələrə qarşı hiperhəssaslığı olan pasiyentlərdə istifadə edilmir. Hamiləlik və laktasiya, laktoza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
İSTİFADƏ QAYDASI VƏ DOZASI
Daxilə qəbul edilir.
İki yaşdan yuxarı uşaqlarda və böyüklərdə tövsiyə olunan adi doza: 400 mq albendazol birdəfəlik qəbul edilir. Tabletləri qida ilə
çeynəmək olar.
1-2 yaşındaolan uşaqlarda adi doza birdəfəlik 200 mq albendazoltəşkil edir.
1 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir.
Lyamblioz (2 yaşdan yuxarı uşaqlarda): 400 mq gündəlik doza 5 gün ərzində qəbuledilir. Tableti udmadan əvvəl çeynəmək lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ
Mədə-bağırsaq narahatlığı, diareya, baş ağrısı və başgicəllənmə halları barədə məlumat verilmişdir. Səpgi, qaşınma və övrə daxil olmaqla hiperhəssaslıq reaksiyalarına, qaraciyər fermentlərinin yüksəlməsinə daha az tezliklə rast gəlinir.
BURAXILIŞ FORMASI: 6 tablet, alüminium PVX blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılıb




