Azithromycin 500 mg
TƏRKİBİ
Azitromisin……………500 mq
Azitromisin geniş təsir spektrinə malik olan antibiotikdir. Makrolid antibiotiklərin azalid qrupasına aiddir. İltihab ocağında sağlam toxumaya nisbətən yüksək bakteriosid konsentrasiyada toplanır.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA
ZIMICIN-500-SAGA ya yeməkdən 1 saat qabaq, ya da 2 saat sonra qəbul etmək lazımdır. Preparat sutkada 1 dəfə qəbul edilir.
Böyüklərə: yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarında, dəri və yumşaq toxuma infeksiyalarında sutkada 500 mq-dan 3 gün ərzində təyin edilir (kurs dozası 1,5 qr).
Ağırlaşmamış uretrit və yaxud servisit zamanı birdəfəlik olaraq 1 qr təyin edilir (2 kaps).
Laym xəstəliyi zamanı ilkin mərhələnin müalicəsi üçün 1-ci gün 1 qr, sonrakı 2-5-ci günlər isə 500 mq olmaq şərti ilə təyin edilir (kurs dozası 3 qr).
Mədə və 12-barmaq bağırsağın Helicobacterpylori ilə əlaqədar olan xəstəlikləri zamanı sutkada 1 qr olmaq şərti ilə 3 sutka ərzində kombinə olunmuş müalicənin tərkibində təyin edilir.
Uşaqlara: preparat 10 mq/kq dozada, sutkada 1 dəfə olmaq şərti ilə 3 gün ərzində verilir.
Erithema migrans-m müalicəsi zamanı uşaqlara 1-ci gün 20 mq/kq dozada, sonrakı 4 gün ərzində isə 10 mq/kq dozada
təyin edilir.
Preparatın hər hansı dozasını qəbul etmədiyi hallarda xəstə həmin dozanı mümkün qədər erkən, sonrakı dozalan isə 24 saatlıq fasilələrlə qəbul etməlidir.




