Hepa Naf
Qaraciyərin və öd yollarının funksiyalarını yaxşılaşdıran vasitə
TƏRKİBİ
Ademetionin-100 mq
Alfa-lipoy turşusu-100 mq
Xolin-100 mq
Enginar-200 mq
Slimarin-100 mq
Qlutation-100 mq
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Hepa Naf-antidepressiv aktivliyə malik hepatoprotektordur. Xoleretik, xolekinetik,
detoksikasiyaedici, regenerator, antioksidant, antifibroz və neyroprotektor təsirlərə malikdir. Ademetionin hepatositlərdə endogen fosfatidilxolinin sintezini artırır, hepa- tositlərin keçiriciliyini, palyarlaşmasını və öd turşularının xaric olmasını yaxşılaşdırır. Hepatositlərdə toplanmış öd turşularını konyuqasiya və sulfatlaşma yolu ilə neytral- laşdırır, onların toksik təsirini aradan qaldırır və qaraciyər biokimyəvi göstəricilərini normallaşdırır. Hepatositlərdə dərmanların katabolitləri ilə birləşərək, onların toksik təsirinin qarşısını alır. Hepa Naf antioksidant və antitoksik təsir göstərərək sərbəst radikalların və toksiki maddələrin qaraciyərə mənfi təsirini aradan qaldırır, qaraciyər hüceyrələrində metabolik prosesləri sürətləndirir, iltihab əleyhinə təsir edir. Qanda şəkərin miqdarını tənzimləyən ənginar diabet xəstələri üçün də olduqca faydalıdır.
GÖSTƏRİŞLƏR
• Qaraciyərin piy distrofiyası;
• Xroniki hepatit;
• Qaraciyərin müxtəlif etiologiyalı toksik zədələnmələri, alkoqol, virus, dərman (antibiotiklər, şiş əleyhinə, vərəm əleyhinə və virus əleyhinə preparatlar, trisiklik antidepressantlar, peroral kontraseptivlər) zədələnmələri daxil olmaqla;
• Xroniki daşsız xolesistit;
• Xolestaz (Hamilələrdə qaraciyərdaxili);
• Qaraciyər sirrozu;
• İkincili ensefalopatiya, o cümlədən qaraciyər çatışmazlığı.
• Osteartiv;
• Şəkərli diabet olan xəstələrdə kompleks müalicədə;
• Depressiv sindrom.
DOZALANMA
1 kapsul gündə 1 dəfə daxilə qəbul edilir.
Buraxılış forması: 30 kapsul




