Məhsullar

TƏRKİBİ
Hər 1 kapsulda
L-karnitin (L-Carnitine)-500 mq
Koenzim Q10 (Coenzym Q10)-50 mq
Kversetin (Querscetine)-30 mq

XÜSUSİYYƏTLƏRİ
L-karnitin tartrat (L-Carnitine tartrate)-vitaminəbənzər enerqotrop maddədir. Orqanizmdə bir sıra fermentativ prosesləri, o cümlədən ATF və zülal sintezini həyata keçirir. Həmçinin qida həzmini artırmaqla çəki defisitini korreksiya edir, orqanizmin fiziki və əqli yüklənmələrə qarşı dözümlülü yünü yüksəldir. Yuxu və davranış pozğunluqları aradan qalxır, iştaha və immun göstəricilər yaxşıla- şır, ürəyin normal ritmi bərpa olunur. L-karnitin koenzim Q10-nun təsirini 95%-dək artırır. Kversetin (Quercetine)-bioflavanoiddir. Orqanizm üçün zərərli olan sərbəst radikallarin parcalan- masının qarşısını alan güclü antioksidantdir. Koenzim Q10 (Coenzym Q10)-başlıca olaraq orqanizmin oksigenə olan
tələbatının təmin olunma- sı (hüceyrə tənəffüsü) rolunu oynayan vitaminəbənzər kofermentdir. Bu maddənin digər vacib funksiyası hüceyrələri enerji ilə təmin etməkdir. Koenzim Q10 həmçinin hüceyrələri sərbəst radi- kallardan qoruyaraq onların məhvini əngəlləyir. Bu vitamin keyfiyyətli ət məhsulları və meyvə-tərə- vəzlə qidalanan orqanizm tərəfindən istehsal olunmağına baxmayaraq ümumi miqdarının 25% nis- bətində azalması təhlükəli sayılır. Xüsusilə oksigen və enerji çatışmazlığına həssas olan beyin və ürək toxuması bundan daha çox zərər görür. Damar divarları zədələnir, sümük-oynaq aparatı, əzələ toxuması, immun və hormonal sistemin funksiyası nəzərə çarpacaq şəkildə zəifləyir.

GÖSTƏRİŞLƏR
Perinatal hipoksik-işemik ensefalopatiya təzahürlərinin aradan qaldırılması məqsədilə; Doğuş travmalarının və asfiksiyanın qalıq əlamətlərinin korreksiyası (iflic,əzələlərin
patoloji tonusu, müxtəlif hiperkinezlər və USİ və s.);
İnkişaf etaplarının ləngiməsi, autizm, əqli və nitqi inkişafın pozulması;
Adaptasiya, təfəkkür, təhsillə əlaqəli problemlər;
Əqli və fiziki yüklənmələr, xroniki yorğunluq sindromu zamanı;
Vegetativ disfunksiya;
Sinir sisteminin irsi degenerativ xəstəlikləri;
Epilepsiyanın kompleks müalicəsi;
Ürək-damar xəstəlikləri, o cümlədən mitral klapanın prolapsı, idiopatik və mitoxon-
drial kardiomiopatiyalar, revmatik zədələnmələr);
Tənəffüs sistemi xəstəlikləri, o cümlədən astmatik bronxit və bronxial astma.
Endokrin pozğunluqlar (şəkərli diabet, tireopatiya və s.);
İnfeksion xəstəliklərin bərpa dövrü;
Miopiya, kollagenozlar, skolioz, yastıpəncəlilik və digər əzələ-bağ çatışmazlıqları; Qıcolma və vərəm əleyhinə preparatların uzun müddət istifadəsi zamanı.

İSTİFADƏ QAYDASI VƏ DOZASI
14 yaşdan yuxarı şəxslər:
1 kapsul gündə 1 dəfə.

Kombinə olunmuş metabolik preparat

Buraxılış forması: Kapsul №30