Boğaz spreyi
Tərkibi:
Propolis ekstraktı – 5 qr
Adi Kəklikotu ekstraktı – 2 qr
Syzygium tumurcuğunun ekstraktı- 1 qr
Xüsusiyyətləri:
Ralor – iltihab əleyhinə, antiseptik və yerli ağrıkəsici təsirə malik kombinə olunmuş tibbi vasitədir. Propolis ekstraktı – bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antibakterial və antifunqal təsirə malikdir. Propolis ekstraktı ağız boşluğu və boğaza yerli istifadə zamanı ağrıkəsici, anestetik, qızdırmasalıcı təsir göstərir, ağız boşluğu və boğazda olan bakteriya, virus və göbələklərin yayılmasının qarşısını alır. Selikli qişaların yerli müqavimətini möhkəmləndirir. Propolis iltihab əlamətlərini aradan qaldırır, regenerasiya prosesini sürətləndirir, xora və gec sağalan yaraların sağalmasını sürətləndirir. Spreyin tərkibində olan Adi Kəklikotu və Syzygium ekstraktları ümumilikdə antibakterial, antifunqal, antiprotozoy təsirlər göstərirlər, leykositlərin faqositar aktivliyini artırmaqla mikrobların çoxalmasının qarşısını alır, selikli qişanın baryer funksiyasını gücləndirərək mikroorqanizmlərin selikli qişaya daxil olmasını ləngidirlər.
Göstərişləri:
•Ağız boşluğunun kəskin və xroniki iltihabı (stomatit, qlossit, gingivit və s.)
•Kəskin və xroniki tonzillit
•Faringit və laringitlər zamanı köməkçi vasitə kimi
•Reanimasion xəstələrin ağız boşluğunun sanasiyası
Əks göstərişləri:
Tibbi vasitənin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
Əlavə təsirləri:
Nadir hallarda allergik reaksiyalar baş verə bilər.
İstifadə qaydası və dozası:
Ralor sprey Gündə 3 dəfə, hər dəfə 1-4 püskürtmə şəklində istifadəsi tövsiyə olunur. Hamilələr və südverən analarda istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Buraxılış forması:
Oral sprey 30ml, flakonda buraxılır.
Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.




