TƏRKİBİ (1 kapsulda):
Zəncəfil kökünün quru ekstraktı (Zingiber officianle root dry extract) – 100 mq;
İstiotlu nanə yarpağının quru ekstraktı (Mentha piperita leaf dry extract) – 50 mq;
Sarı acıçiçək kökünün quru ekstraktı (Gentiana lutea root dry extract) – 50 mq;
Ənginar yarpağının quru ekstraktı (Cynara scolymus leaf dry extract) – 50 mq;
Acı bibər meyvəsinin quru ekstraktı (Capsicum frutescens fruit dry extract) – 15 mq;
Adi razyana meyvəsinin quru ekstraktı (Foeniculum vulgare fruit dry extract) – 5 mq.
Köməkçi maddələr:
Stevia eks., oliqofruktoza, pullulan (kapsul maddəsi).
XÜSUSİYYƏTLƏRİ VƏ İSTİFADƏ SAHƏSİ:
Həzm sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkib hissələrindən birinə qarşı həssaslıq.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Dərman vasitəsi deyil, bioloji fəallığa malik qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Böyüklər: 1 kapsul gündə 2 dəfə.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
SAXLANMA ŞƏRAİTİ:
Quru və qaranlıq şəraitdə, uşaqların əli çatmayan yerdə, 25°C-dən aşağı temperaturda saxlanılmalıdır.
QABLAŞDIRMA FORMASI:
30 kapsul blisterdə, içlik vərəq ilə birlikdə karton qutuda.
İSTİFADƏYƏ YARARLILIQ MÜDDƏTİ:
3 il.
İSTEHSALÇI:
“Saşera-Med” MMC,
Vasilyev küçəsi 74, Biysk şəhəri, Altay vilayəti, Rusiya Federasiyası.
www.sachera-med.ru




