Məhsullar

TƏRKİBİ:
Hər bir kapsulda:
QAYT (qamma-aminyağ turşusu) – 150 mq
Ginko Biloba – 80 mq
Vitamin B1 – 1.1 mq
Vitamin B2 – 1.4 mq
Vitamin B6 – 1.4 mq
Vitamin B9 – 200 mkq
Vitamin B12 – 2.5 mkq
L-karnitin – 250 mq
Qlisin – 75 mq
Qlutamin – 50 mq
Fosfolipidlər – 250 mq

XÜSUSİYYƏTLƏRİ:
VitaBrain –nootrop, neyroprotektor, angioprotektor, antiaqreqant təsirlərə malik, həmçinin mikrosirkulyasiyanı yaxşılaşdıran bioloji qida əlavəsidir.
QAYT (qamma-aminyağ turşusu) – biogen maddə olub, insan orqanizmində mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın sinaptik boşluqlarda toplanması neyronal impulsların ingibə olunmasına səbəb olur. QAYT-ın aktivliyinin artması həmçinin, beyində energetik prosesləri yaxşılaşdırır, qlükozanın utilizasiyasını sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir, qan təchizatını normallaşdırır. QAYT reseptorlarının aktivləşməsi kardiomiositlərdə SAMF-in miqdarının artmasına və kalsium ionlarının keçiriciliyinin zəifləməsinə, ürəyin normal ritm fəaliyyətinin bərpa olunmasına səbəb olur.
Ginkgo Biloba – beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək, (əsasən beyin hüceyrələrində) hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginko Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq,qanın reoloji xüsusyyətlərini normallaşdırır.
Vitamin B1 (Tiamin hidroxlorid) – digər B qrupu vitaminlərlə birlikdə orqanizmdə, mərkəzi sinir sistemi sağlamlığını qorumaqda əhəmiyyətli rol oynayır.Karbohidrat,zülal və yağ mübadiləsini tənzimləyir,sinapslarda sinir ötürücülüyündə iştirak edir. Karbohidratların enerji istehsalında, ürək və həzm sistemi əzələlərinin tonusunun qorunmasında böyük rolu vardır. B1 çatışmazlığı mərkəzi və periferik sinir sisteminin və ürək-damar sisteminin pozğunluğuna səbəb olur.
Vitamin B2 (Riboflavin)- mərkəzi sinir sisteminin müxtəlif funksiyalarının icrasını təmin edir. Bundan əlavə vitamin B2 zülal, lipid və karbohidrat mübadiləsində, toxuma tənəffüsündə iştirak edir. Orqanizmdə vitamin B2 çatışmazlığı qanyaranma prosesinin pozulmasına səbəb olur. Vitamin B2 iltihab zamanı müdafiə sisteminin təşkilində iştirak edir.
Vitamin B6 (Piridoksin)- əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir.
Vitamin B12 (Sianokobalamin) hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vitamin B12-nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vitamin B12 maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.
Fol turşusu (Vitamin B9)- qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur.
Qlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin QAYT – energik, a-adrenoblokator, antioksidant və antitoksiki təsirləri ilə; N-metil D- aspartat reseptorlarının fəaliyyətini tənzimləyərək, psixoemosional gərginliyi və aqressivliyi aradan götürməklə, sosial adaptasiyanı və əhval- ruhiyyəni yaxşılaşdırır.
Qlutamin – sinir impulslarının ötürülməsində və yaddaşın yaxşılaşdırılmasında, eyni zamanda əzələ gücü və dözümlülüyünün artırılnasında rol oynayır.
Fosfalipidlər – neyronların regenerasiyasında, neyromediatorların (asetilxolin və s.) sintezində və mediator qovuqcuqlarından xaric olmasında, ionların hərəkətində və bioelektrik enerjinin ötürülməsində iştirak edir. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında xolinergik prosesləri aktivləşdirir. Sinir hüceyrələrinin bölünməsini və böyüməsini təmin edir. Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır.
GÖSTƏRİŞLƏRİ:
Aşağıdakı hallarda profilaktik və yardımçı vasitə kimi istifadə edilə bilər:
– Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu, Parkinson və Alsheymer xəstəliyi, Demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya
– Baş beyin travmaları zamanı yaranan astenik, psixogen, nevrotik hallar
– Qulaq küyləri
– Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə
– Yaşlanma ilə əlaqədar görmə pozğunluğu, Diabetik retinopatiya
– Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar
– Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venopatiyaları, Reyno sindromu
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
Orta səviyyəli pozğunluqlar zamanı 1 tabletdən gündə 1 dəfə. Ağır pozğunluqlar zamanı 1 tabletdən gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra.

ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
BURAXILIŞ FORMASI: VitaBrain № 45 kapsul.
İSTEHSALÇI: “Saşera Med”,Rusiya. Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.