Məhsullar

TƏRKİBİ:
Hər 5 ml-ə daxildir:
Sitikolin 250 mq;
Fosfolipidlər 200 mq;
Ginko biloba eks. 50 mq.
Köməkçi komponentlər:
Qaragilə konsentratı, oliqofruktoza.

XÜSUSİYYƏTLƏRİ:
Trimetil-A – sinir sisteminin bir sıra morfoloji və funksional xəstəliklərinin profilaktika və müalicəsi üçün istifadə olunan preparatdır, neyroprotektor, neyrotrofik və nootrop təsir göstərərək, mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir. Sinir sisteminin koqnitiv xüsusiyyətlərini (yaddaş, diqqət, intellekt) yaxşılaşdırır.
Sitikolin (sitixolin) – xolinin əmələ gəlməsində iştirak edən komponentdir. Dofamin və asetilxolin reseptorlarının həssaslığını artırır və kənar faktorların təsiri ilə sinir sistemində baş verə biləcək pozulmaların qarşısını alır, yaddaşı yaxşılaşdırır. Diqqəti və əqli iş qabiliyyətini artırır. Baş beyində əmələ gələn orqanik pozulmaların bərpa olunmasına kömək edir.
Fosfolipidlər – orqanizmin bütün hüceyrələrinin xarici və daxili membranlarının əsas struktur elementlərini təşkil edir. Neyroprotektor təsirə malikdirlər – sinir hüceyrələrinin zədələnməsi zamanı onların membranının quruluş və funksiyasını bərpa etməyə kömək edir.
Ginko biloba ekstraktı – baş beyin toxumalarının hipoksiyaya qarşı davamlılığını artırır, qanın reoloji xüsusiyyətini və qan dövranını yaxşılaşdırır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
– Müxtəlif mənşəli serebrovaskulyar çatışmazlıq və ensefalopatiyalar (aterosklerotik, diabetik, travmatik, toksik), kəllədaxili hipertenziya;
– Baş beyinin travmatik zədələnmələri (kəllə-beyin travması, əməliyyatdan sonrakı dövr);
– İşemik insult, insultdan sonrakı dövr, beyin qan dövranı pozğunluqları,ILK 24 SAATDA VACIBDIR.
– Koqnitiv funksiya pozğunluqları, yaddaş zəifliyi;
– Antidepressant əvəzləyicisi.
– Kəskin və yarımkəskin insultdan sonra bərpa dövrü;
– Serebral ateroskleroz, qocalıqla əlaqədar serebrovaskulyar pozğunluqlar;
– Çəpgözlük.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın tərkib hissələrindən birinə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Preparat, təbii tərkibli olduğundan, adətən, orqanizm tərəfindən yaxşı mənimsənilir. Çox nadir hallarda baş ağrısı və ya ürəkbulanma baş verməsi mümkündür.
İSTİFADƏ QAYDASI:
0-2 yaş 3 ml gündə bir dəfə;
2-6 yaş 3 ml gündə iki dəfə
6-12 yaş 5 ml gündə bir dəfə
12 yaş və yeniyetmələrdə 5 ml gündə 2-3 dəfə
Göstərişlər və qəbul qaydası Həkim tərəfindən dəyişdirilə bilər.
SAXLANMA ŞƏRAİTİ:
Quru və qaranlıq yerdə, 25°C-dən yüksək olmayan temperaturda saxlanılmalıdır.
BURAXILIŞ FORMASI:
Hər birində 10 ml maye olan 20 flakon, təlimat vərəqi ilə birlikdə karton qutuda.
İSTİFADƏYƏ YARARLILIQ MÜDDƏTİ:
3 il.
İSTEHSALÇI: “Saşera-Med”, Rusiya Federasiyası. Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.