TƏRKİBİ:
Hər 5 ml-ə daxildir:
Çobanyastığı eks. 0,5 mq;
Lanolin 0,5 mq;
Gənəgərçək yağı 0,4 mq;
Sink-oksid 0,3 mq;
Talk 0,2 mq;
D-pantenol 0,2 mq;
Qliserin 0,2 mq;
Vitamin E 0,1 mq.
XÜSUSİYYƏTLƏRİ:
ROTOKS preparatı dərinin müvafiq problemlərinin profilaktika və müalicəsi məqsədilə hazırlanmışdır və unikal tərkibə malikdir. Tərkibində hər hansı zərərli maddə – konservant, boyaq maddəsi, sintetik maddə, parfüm, kortizon və ya kanserogen maddə yoxdur, hipoallergenikdir. Mikroemulsiya texnologiyası ilə hazırlandığı üçün yüksək effektivliyə malikdir.
Kremin tərkibinə daxil olan maddələr ona aşağıdakı xüsusiyyətləri qazandırır:
– dərini nəmləndirir, sağalmanı sürətləndirir, dəriyə qoruyucu təsir göstərir;
– dəri hüceyrələrini yeniləyici təsir göstərir;
– dərini qidalandırır, yumşaldıcı təsir göstərir;
– dəridəki gərginliyi azaldır, dəri toxumalarını möhkəmləndirir;
– antioksidant təsiri sayəsində dərini müxtəlif zərərli təsirlərdən qoruyur;
– antiseptik və mikrob əleyhinə təsir göstərir, bişməcəli dəriyə müxtəlif mikroorqanizmlərin düşməsi və çoxalmasının qarşısını alır;
– dərini müxtəlif qıcıqlandırıcı və allergenlərə qarşı qoruyur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
– Bütün növ bişməcələr (profilaktika və müalicə məqsədilə);
– Yüngül yanıqlar;
– İntertriqinoz dermatit;
– Allergik dermatitlər;
– Həşərat sancmaları.
İSTİFADƏ QAYDASI:
ROTOKS krem profilaktika məqsədilə, dərinin əsasən, büküş nahiyələrinə gündə 1 dəfə çəkilir. Müalicə məqsədilə, problemin ağırlıq dərəcəsindən asılı olaraq, dərinin problemli sahəsinə 1-3 dəfə, nazik təbəqə şəklində çəkilir.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkib hissələrindən birinə qarşı yüksək həssaslıq.
BURAXILIŞ FORMASI:
ROTOKS 30 ml tübik, təlimat vərəqi ilə birlikdə karton qutuda.
İSTEHSALÇI:
“Saşera-Med”,
Rusiya Federasiyası.
Rəsmi tərəfdaş: “AVREOL GROUP” şirkətidir.




